• Bz. Noy 24th, 2024

“Haqsız tələblər irəli sürən Makronun oradaca ağzından vurulduğu öncədən bəlli idi” – RƏY + FOTO

ByYenigun.news

İyn 29, 2023


“Qırsaqqız olaraq özünü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gedən danışıqlara pərçimləyib, haqsız tələblər irəli sürən Makronun elə oradaca ağzından vurulduğu öncədən bəlli idi. Onun Praqa və Kişineuda baş tutan həmən görüşlərdən dərhal sonra əleyhimizə danışması məhz bundan xəbər verirdi”.

Bu sözləri Oxu.Az-a Fransa prezidenti Emmanuel Makronun Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşü və irəli sürdüyü iddialarla bağlı danışarkən deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Fransa prezidentinin İlham Əliyevə “Nikol Paşinyandan daha çox təzyiq göstərdiyi və göstərəcəyi” haqda son sərsəmləməsi də bir daha təsdiqləyir ki, hayların maraqlarından çıxış etmək cəhdləri heç bir nəticə verməyib:

“Makron bəlkə də, mədəni bir şəkildə, fəqət, eyni qətiyyətlə Qarabağın statusu haradadırsa, ora göndərilib.

Xatırladım ki, Makron bu sərsəmləməni Marseldə haylarla görüşərkən səsləndirib. Yəqin bununla o, həm də haylara çatdırır ki,  qarşılarında götürdüyü öhdəliyi yerinə yetirmək üçün əlindən gələni etməyə çalışır, ancaq heç nə alınmır. Və guya ona görə alınmır ki, Nikol Paşinyan “dişsiz” davranır. Kremldəkilər sayaq davranaraq uğursuzluqları məhz  Ermənistan baş nazirinin üstünə yıxmaq üçün “Paşinyandan daha çox Azərbaycan Prezidentinə təzyiq göstərdiyini” deyir Makron. Boynuna almaq istəmir ki, Azərbaycan Prezidenti onun beynəlxalq hüquqa, özünün də, dövlətinin də potensialına və regiondakı reallığa uyğun gəlməyən bütün tələblə istəklərini qətiyyətlə rədd etdiyindən ona bəslənən ümidləri doğrulda bilmir.

Mümkündür ki, təzyiq deyəndə Fransa prezidenti Azərbaycanın Parisdəki səfirliyinə və Montredə  jurnalistlərimizə edilən basqını da nəzərdə tutur. Bu isə Makron özü heç, onunla hər şey aydındır, amma təmsil etdiyi dövlətə də qətiyyən şərəf gətirmir”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir