Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti Şöbəsinin Qanunvericiliyin İnkişafı Sektorunun müdiri vəzifəsinə təyin edilib.
Oxu.Az xəbər verir ki, Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019-20-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.
Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda, “Baker McKenzie CİS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018-19-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020-21-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib.
Araz Poladov 2021-23-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.
O, 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur.