“2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi Milli Məclisə daxil olub.
Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.
Palatanın rəyi və “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.