• Bz. Sen 21st, 2025

Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi dəyişdi

ByYenigun.news

İyl 28, 2023


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

President.az-ın məlumatına görə, dəyişikliklə “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 378; 2017, № 4, maddə 561; 2018, № 5, maddə 959; 2021, № 4, maddə 324; 2022, № 5, maddə 472; 2023, № 3, maddə 343) 1-ci hissəsinin “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” və “Tahir Salahov – Xalq rəssamı” abzasları ləğv edilir.