• Ca. Noy 21st, 2024

“Heydər Əliyev Kuboku-2024”: Doqquz boksçumuz finala yüksəlib

ByYenigun.news

May 18, 2024




Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. Döyüşlərin yekununa əsasən, Azərbaycan millisinin daha doqquz idmançısı finala yüksəlib.

Oxu.Az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, yarımfinalda məğlub olan boksçular isə bürünc medala layiq görülüblər.

Turnirdə final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə yeddi boksçu da həlledici görüşdə iştirak hüququ qazanıb.

1/2 final

46 kq

Rüstəm Şahbazov (Azərbaycan) – Ayxan Həsənov (Azərbaycan) – 0:5

Aidos Ussenov (Qazaxıstan) – Ramiz Danieli (Gürcüstan) – 5:0

48 kq

Nihad Qasımov (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) – 5:0

Bexultan Xujamjar (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) – 1:4

50 kq

Zakir Həsənzadə (Azərbaycan) – Umar Orucbayev (Qırğızıstan) – 5:0

İsmayıl Rzayev (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) – 0:4

57 kq

Katmanbiy Muratov (Qırğızıstan) – Akjurek Kalabay (Qazaxıstan) – 5:0

Tamerlan Əlimzanov (Azərbaycan) – Şahin Aslanov (Azərbaycan) – 0:5

60 kq

Vüsal Hilalov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) – 5:0

Yerdavlet Şomekey (Qazaxıstan) – Akaki Basaria (Gürcüstan) – 1:4

63 kq

Kənan Aslanlı (Azərbaycan) – Matvey Mikulski (Belarus) – 5:0

Bibaris Aşirbay (Qazaxıstan) – Nika Beriya (Gürcüstan) – 4:1

70 kq

Rza Rzayev (Azərbaycan) – Musa İbadov (Azərbaycan) – 5:0

Maksim Ribak (Belarus) – Mamuka Kakabadze (Gürcüstan) – 4:1

75 kq

Elgün Əhmədli (Azərbaycan) – Zaxar Şaranoviç (Belarus) – 0:5

İsmayıl Valiyev (Azərbaycan) – Davit Mxetzadze (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib

80 kq

Əli Məmişov (Azərbaycan) – Mikita Prudnikov (Belarus) – 5:0

İlkin Şahməmmədov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) – 0:5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir