“Minalardan təmizləmə etik və vacib öhdəlikdir”.
APA xəbər verir ki, bu barədə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Minalar kimyəvi və bioloji silahlar qədər təhlükəli hesab olunmalıdır. BMT bu sahədə səylərini artırmalıdır. Türkiyənin Suriya ilə 900 kilometr sərhədinin minalardan təmizlənməsi həyata keçirilib”, – o qeyd edib.
Hikmət Çətin Bakıda keçirilən konfransın minatəmizləmə sahəsində əməkdaşlıq üçün vacib olduğunu qeyd edib.