• Ça. Noy 26th, 2024

Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb – FOTO

ByYenigun.news

May 2, 2024




Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanla görüşüb

Bu barədə Avropa Komissiyasının rəsmisi “X” hesabında məlumat yayıb.

“COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Haciyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir”, – diplomat vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir