“Demək olar ki, hər həftə daha bir ölümcül və qanlı mina partlayışının şahidi oluruq”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.
“Azərbaycanda minaların qurbanları, əsasən, mülki şəxslərdir”, – deyə Prezidentin köməkçisi bildirib.
O, paylaşımına minadan zərərçəkənlərlə bağlı infoqrafika da əlavə edib.
Landmine victims in Azerbaijan are mainly civilians. Almost every single week, we witness yet another deadly and bloody landmine blast. pic.twitter.com/tqMogCtFez
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 4, 2023