“Ayrı-seçkiliyə, tərəfkeşliyə yol verməyən humanitar reaksiya və yardım insanlığın əsas prinsipi olmalıdır”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.
“Beynəlxalq donor ictimaiyyətinin Azərbaycanın Qarabağ bölgəsindən olan, özü də könüllü olaraq Ermənistana getmək qərarına gələn və Ermənistan Respublikasının pasportuna malik olan mülki erməni vətəndaşlarına kömək etməsi müsbət göstəricidir. Bununla belə, Ermənistanın 30 illik işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün donor ictimiyyətinin tam laqeydliyi, ayrı-seçkiliyi və seçici rəftarına məruz qalır. Etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq, humanitar yardımda bərabər və ayrı-seçkiliyə yol verilməyən rəftar olduqca vacibdir.
Yalnız Azərbaycan hökuməti 30 ilə yaxındır ki, milyonlarla məcburi köçkün və qaçqının bütün ehtiyaclarını dəstəkləyir və təmin edir.
Bu sahədə biz həm də seçici münasibət və ikili standartlarla üzləşirik. Ermənistan tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin yerlə-yeksan edilmiş və kütləvi şəkildə minalanmış evlərinə ləyaqətlə və təhlükəsiz qayıtmasının təmin edilməsi hələ də həll edilməli olan böyük problem olaraq qalır”, – o qeyd edib.
Non-discriminatory and non-selective humanitarian response and assistance should be the underpinning principle of humanity. It is a positive indication that the international donor community is helping armenian civilians from the Karabakh region of Azerbaijan, who, by the way,…
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 30, 2023