• Şb. Dek 20th, 2025

Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib – FOTO

Byadmin

İyl 27, 2023


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.

Bu barədə Hikmət Hacıyev “Twitter“ hesabında paylaşım edib.

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!” – Hikmət Hacıyev paylaşımında qeyd edib.