Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi ilə görüşüb.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, İsrailə səfəri çərçivəsində Hikmət Hacıyev bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.
Qeyd olunub ki, görüşdə rəsmilər ikitərəfli münasibətləri və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
Within the framework of the visit to 🇮🇱 @HikmetHajiyev met with Director General of the Ministry of Foreign Affairs @RonenLeviMaoz to discuss bilateral relations and talk through the possibilities of deepening cooperation between our countries.
🇦🇿🤝🇮🇱@AzerbaijanMFA @IsraelMFA pic.twitter.com/NaXcve5dUr— Embassy of Azerbaijan to Israel (@AzEmbTelAviv) September 6, 2023