• Be. Noy 25th, 2024

Hikmət Hacıyev Türkiyənin XİN başçısının müavini ilə regional məsələləri müzakirə edib – FOTO

ByYenigun.news

Mar 6, 2024


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Mətbuat Xidməti “X” sosial şəbəkə hesabında bildirib.

“Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir