• C. Dek 27th, 2024

Hulusi Akarla Zakir Həsənov Ukraynadan qayıdan təyyarənin heyət üzvləri ilə görüşdülər – FOTO/VİDEO

ByYenigun.news

Dek 21, 2022

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseri şəhərində Ukraynadan qayıdan təyyarənin personalı və onların ailə üzvləri ilə görüşüb. Onu qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov müşayiət edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin hərbi qurumunun saytında məlumat verilib.

Bildirilir ki, humanitar yardım gətirmək və Türkiyə vətəndaşlarını təxliyə etmək üçün göndərildiyi Ukraynada hava məkanının bağlanması səbəbindən Borispol Hava Limanında qalan iki “A400M” tipli təyyarə dünən axşam saatlarında ölkəyə qayıda bilib. Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin toplantısı üçün Kayseridə səfərdə olan Türkiyənin müdafiə naziri azərbaycanlı həmkarı ilə birlikdə təyyarə personalı və onları qarşılamağa gələn ailələri ilə görüşüb, heyət üzvlərinin uşaqlarına hədiyyələr təqdim edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir