• Şb. Noy 2nd, 2024

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir

ByYenigun.news

Yan 11, 2023

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.

Bu barədə təşkilatın bəyanatında bildirilir.

“Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı, həm də ciddi və qanuni narahatlıq doğurur. Baş Katiblik bütün mübahisəli məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir”, – deyə sənəddə vurğulanır.

Həmçinin, qeyd olunur ki, Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin daha da normallaşdırılmasına çağırır.

Mənbə: oci.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir