• Ç. Noy 27th, 2024

“İƏT İranın antiislam fəaliyyəti ilə bağlı qərar qəbul etməlidir” – RƏY + FOTO

ByYenigun.news

Apr 7, 2023


“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İranın antiislam fəaliyyəti ilə bağlı qərar qəbul etməlidir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, İran parlamentinin 210 nəfər deputatının bəyanatından bu ölkənin mövcud rejiminin dindən ancaq siyasi təzyiq və çirkin məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etdiyi açıq-aydın görünür:

“Bəyanatdan görünür ki, İran öz anti-Azərbaycan siyasətinə İƏT-dən də dəstək almaq istəyir. Lakin İran deputatlarının nəzərinə çatdırmaq istərdik ki, İran 30 il ərzində qurumun Ermənistanın işğalçılıq əməlləri ilə bağlı qəbul etdiyi qərarlarına biganə yanaşıb. O zaman nədənsə İran rejiminin təmsilçilərinin və deputatlarının yadına İslam həmrəyliyi düşmürdü. Əksinə, onlar İslam dəyərlərini təhqir edən işğalçı Ermənistanla qardaş-bacı olublar”.

Deputat qeyd edib ki, İran başqa ölkələrdə qanlı aksiyalar, terror sifarişləri verən və törədən ölkədir:

“Onların bu gün Azərbaycanla bağlı qərəzli münasibəti aydın hiss olunur. 40 milyon azərbaycanlının məktəblərini bağlayır. Etnik azərbaycanlılara bu ölkədə ikinci dərəcəli millət kimi baxılır. Bütün bunların əksinə olaraq isə İranda 40-dan artıq erməni kilsəsi, məktəbləri, mədəniyyət mərkəzləri açılır. Bir sözlə, ermənilər İranda xüsusi imtiyaza malikdirlər”.

V. İskəndərov vurğulayıb ki, bütün bu hallar İƏT-in İranın antiislam fəaliyyəti ilə bağlı qərar qəbul etməsinə əsas verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir