• Bz. Noy 24th, 2024

İcma sədri: “Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO ilə əməkdaşlığı davam etdiririk”

ByYenigun.news

Noy 6, 2023


“Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO ilə əməkdaşlığı davam etdiririk”.

“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması UNESCO-nun diqqətini indiki Ermənistanın ərazisindəki Azərbaycan mədəni irsinin dağıdılmasına cəlb edir:

“Bu kitab bizi yeni fakt və sübutlarla silahlandırır. Bu il martın 27-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi və Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların bir qrupu UNESCO-ya müraciət edərək indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. Mayın sonlarında müraciətimiz BMT-nin rəsmi sənədi kimi yayıldı və UNESCO-nun rəhbərliyi bizə rəsmi cavab vermək məcburiyyətində qaldı”.

Ə.Ələkbərli, həmçinin xatırladıb ki, bu il sentyabrın 5-də UNESCO-dan icmaya ikinci rəsmi cavab gəlib:

“Məktubda mədəni irsin qorunması sahəsində müvafiq addımların atılacağı bildirilib. Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir