• Be. Noy 25th, 2024

İcma sədri Qərbi Azərbaycanla bağlı siyahıya alınan kəndlərin sayını açıqladı

ByYenigun.news

Mar 3, 2023

“Hədəfimiz Qərbi Azərbaycanla bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır”.

“Report” xəbər verir ki, bunu parlamentdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib.

“Biz Qərbi Azərbaycan İcması olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının hazırda Ermənistanda fəaliyyət göstərən missiyasına məktubla müraciət etmişik.

İndiyədək Qərbi Azərbaycanla bağlı 237 kənd siyahıya alınıb, 20 minə yaxın ailənin sənədləri də toplanıb”,- Ə.Ələkbərli qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir