• Bz. Noy 24th, 2024

İHA Vəqfi: “Dünya Azərbaycanın mina probleminə az diqqət göstərir”

ByYenigun.news

Apr 1, 2022

“Mina məsələsi sadəcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Təəssüf ki, Azərbaycanda bu məsələ gündəmdə olmasına baxmayaraq, dünya buna az diqqət göstərir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin İnsan Haqq və Azadlıqları Humanitar Yardım Vəqfinin (İHA) nümayəndəsi Mehmet Altıntaş söyləyib.

“Bu səbəbdən BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə 18-cisinin əlavə edilməsi minatəmizləmə baxımından çox önəmlidir. Bunu dəstəkləyirik. Dəstəkləməyimizin səbəbi sadəcə Azərbaycandakı qardaşlarımızın zərər görməsi deyil, bu gün Kambocada, Suriyada, Əfqanıstanda, Somalidə bir çox insan bu müharibələrdən zərər görüb. Böyük qürurla ANAMA-nın fəaliyyətinə dəstək oluruq. Müharibədən, minalardan zərərçəkən, əzalarını itirən azərbaycanlı qardaşlarımıza ANAMA ilə ortaq olaraq protez və ortez hazırlayırıq”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir