Bu gün bir neçə kəndin Ermənistanın işğalından azad edilməsindən iki il ötür.
Oxu.Az xatırladır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə, noyabrın 7-də Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Qubadlı, Xocalı və Xocavənd istiqamətlərində uğurlar qazanıb.
Füzuli rayonu üzrə Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri işğaldan azad olunub.
Cəbrayıl rayonunda isə Yuxarı Məzrə, Yanarcax kəndlərində işğala son qoyulub.
Həmin gün Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri, Zəngilanın isə Beşdəli kəndi işğaldan azad edilib.
Noyabrın 7-də Azərbaycan Ordusu Xocalıdan iki kəndi – Qarabulaq və Baharlını geri alıb.
Xocavəndə gəlincə, Ataqut və Hünərli kəndləri işğaldan təmizlənib.
Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.