• Ça. Noy 26th, 2024

İlham Əliyev: “Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmalıdır”

ByYenigun.news

Apr 27, 2023


“Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsinin aparılması zəruridir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bildirib.

Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayıb. Azərbaycan Prezidenti əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmini diqqətə çatdırıb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan-Fransa münasibətlərinin gündəliyi həmişə çox geniş olub, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlıq yaxşı tarixə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir