“Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir. Komanda hesabında birinci olmuşdur”.
Bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.
“Eyni zamanda, Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu oyunlar həm idman yarışıdır, həm də müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən bir amildir”, – dövlət başçısı vurğulayıb.