• Bz. Noy 24th, 2024

İlham Əliyev beynəlxalq konfransda mina problemindən DANIŞDI

ByYenigun.news

Apr 29, 2022

“Ərazilərimizin minalarla çirkləndirilməsi böyük problemlərdən biridir. Müharibə başa çatdıqdan sonra 200-dən çox hərbi və mülki şəxs, əfsuslar olsun ki, mina hadisələri nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Müharibə başa çatdıqdan sonra da ermənilər tərəfindən ərazilərimizdə minaların yerləşdirildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Ötən il azərbaycanlı iki jurnalist Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində həlak olub”.

Həmin ərazilərin mianalardan təmizlənməsinin çox çətin və uzunmüddətli proses olduğunu vurğulayan dövlətimizin başçısı bunun üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının sayı artırıldığını, ən müasir avadanlığın, o cümlədən dronların alındığını deyib. Türkiyənin bir qrup mütəxəssisinin minatəmizləmə əməliyyatlarında iştirak etdiyini bildirən Prezident İlham Əliyev bu sahədə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir