• Be. Noy 25th, 2024

İlham Əliyev: “Gələn ilin büdcəsində mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm”

ByYenigun.news

İyl 15, 2022

“Gələn ilin büdcəsində – əlbəttə ki, büdcənin parametrləri hələ müzakirə olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.

Dövlət başçısı deyib: “Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Ona görə baxın, təkliflər verin, hansı əlavə addımlar atıla bilər ki, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin edilsin, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial məsələləri həll olunsun”.

Gələn ilin büdcəsində infrastruktur layihələrinin icrasının nəzərdə tutulacağını deyən Prezident İlham Əliyev bildirib: “Burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda görürük, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük. Çünki biz indi təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırmışıq – əlbəttə ki, Qarabağsız, mən o bölgəni nəzərdə tutmuram. Elektrik enerjisinin idxalçısı idik, indi ixrac edirik və ixrac yollarını genişləndiririk. Avtomobil yolları, dəmir yolları, hava limanları, içməli su layihələri, yəni böyük layihələr icra edildi. Əlbəttə ki, növbəti mərhələdə sosialyönümlü infrastruktur layihələri mütləq icra edilməlidir. Biz bu dəfə də xüsusilə məktəb tikintisinə əlavə vəsait nəzərdə tutduq. Hələ ki, əfsuslar olsun, yararsız vəziyyətdə olan məktəblər var. Biz onları təsbit eləmişik və sosial infrastrukturla yanaşı, yenə də deyirəm, real sektora xidmət göstərən infrastruktur layihələrinə xüsusilə baxmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir