“Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir. Çünki xalqımla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil”.
AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Vətən müharibəsinin qəhrəman əsgər və zabitlərimizin, xalqımızın vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Bütün bunlar xalqımızı bir daha hətta hər birimizə tanıtdı, Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha göstərdi, ilk növbədə hər birimizə və bütün dünyaya”.