“Bizim çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir”, – deyə Azərbaycan Prezidenti qeyd edib.