“Biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə deyib.
Dövlətimizin başçısı qeyd edib:
“Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır”.