Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidlərimizlə bağlı başsağlığı verib.
O bu barədə “Facebook” hesabında paylaşım edib:
“Setyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!”, – deyə İlham Əliyev qeyd edib.