Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib.
Prezident.az xəbər verir ki, bununla bağlı dövlət başçısı İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, saziş 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanıb.