• Bz. Avq 10th, 2025

İlham Əliyev serbiyalı həmkarına başsağlığı verib

ByYenigun.news

May 5, 2023


Prezident İlham Əliyev serbiyalı həmkarı Alkesandar Vuçiçə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir