Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xələf Əli oğlu Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.
Bu barədə President.az məlumat yayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.