• Bz. Noy 24th, 2024

İlham Əliyevin sifariş etdiyi “Togg” avtomobilinin XÜSUSİYYƏTLƏRİ

ByYenigun.news

Noy 3, 2022

Prototipi hələ 2019-cu ildə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunan Türkiyənin milli markasının ilk elektrik avtomobilinin istehsalına başladığı barədə məlumat vermişdik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib.

Türkiyə mətbuatında dərc olunan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı zamanı iki avtomobil istədiyini söyləyib:

“Telefon danışığımız zamanı da bunu xatırlatdı”.

Qeyd edək ki, noyabrın 2-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.

Türkiyənin ilk milli elektrik avtomobili “Togg”un istehsalı üçün tikilməkdə olan fabrik oktyabrın 29-da açılıb və satışlara isə fabrikdən çıxan ilk nəqliyyat vasitələrinin sertifikatlaşdırma prosesinin tamamlanmasından sonra, yəni 2023-cü ilin mart ayında başlanacağı bildirilib. 

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın bu barədə verdiyi məlumatlara əsasən, vətəndaşlar tərəfindən elektromobilin bəyənilməsi nisbəti artıq 95%-ə çatıb. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.

Qeyd edək ki, “Togg” markalı elektromobilinin ilk nümunələri İstanbulun cənubundakı Gemlik şəhərində yeni tikilən zavodun konveyerindən çıxıb. İlk nüsxəni brendin baş direktoru Gürkan Karakaş təqdim edib. Bursa şəhərində yerləşən zavodun açılışı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. “Togg” avtomobilinin sükan arxasında ilk oturan şəxs də Ərdoğan olub.

Qeyd edək ki, elektromobil hələ ki Avropa standartlarına uyğunluq üçün sertifikatlaşdırma testlərindən keçməyib. Onun Türkiyədən kənarda da satışı planlaşdırılır.

Avtomobilin xüsusiyyətlərinə gəlincə, iki modifikasiyada – 200 və 400 at gücü olan elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 km/saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 km-ə yaxındır. “Togg” avtomobilləri elektriklə çalışır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir