“Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında deyib.
Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb:
“Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.