• C. Noy 29th, 2024

İlham Əliyev: “Mərkəzi Asiyadan olan şirkətlərin Ələt Azad İqtisadi Zonasına marağını görürük”

ByYenigun.news

Sen 14, 2023


Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bu regionun (Mərkəzi Asiya – red.) ölkələri ilə Azərbaycanın əməkdaşlığı barədə danışıb.

AZƏRTAC xəbər verir ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımı olduğunu söyləyən dövlətimizin başçısı həmin iki istiqamət üzrə göstəricilərin davamlı artdığını söyləyib.

“Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi üç dəfədən çox, bu ilin yeddi ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti üç il üzrə bir milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir