• C. Noy 22nd, 2024

İlham Əliyevin Bakıdakı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

ByYenigun.news

Noy 1, 2023


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müraciətində Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını vurğulayıb, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, etnik və dini mənsubiyyətinə görə yüzminlərlə dinc sakini soyqırımına məruz qoyduğunu diqqətə çatdırıb, Fransa kolonializminin utancverici yeni metodlarının bu gün də davam etməsindən təəssüfünü bildirib.

Prezident İlham Əliyev, eyni zamanda, Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna, Azərbaycanın mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ilk yerlərdən birini tutduğuna diqqət çəkib.

Dövlətimizin başçısı, həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlətimizin başçısının, eyni zamanda, Azərbaycanın beynəlxalq proseslərdə oynadığı mühüm rolun, o cümlədən dünyada kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər edilməsinə, bəşəriyyətin rifahı, dünyanın kolonializmdən xilas olması məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir