• Ca. Noy 28th, 2024

İlqar Vəlizadə: “Qarabağın erməni sakinlərinin təkcə hüquqları deyil, həm də vəzifələri var” – VİDEO

ByYenigun.news

Okt 5, 2023


“Görünür, Şarl Mişel (Avropa İttifaqı Şurasının prezidenti – red.) özündə neqativ enerjini toplayıb, sonra onu birdən çölə atıb”.

Bunu Baku TV-yə müsahibəsində politoloq İlqar Vəlizadə deyib.

O təəccüblənir ki, Avropa rəsmilərinin qiymətləndirmələrinin heç birində Azərbaycanın silahlı quldurlara qarşı antiterror tədbirləri həyata keçirməsi barədə məlumat yoxdur. Politoloqun qənaətincə, bu, onu deməyə əsas verir ki, ikili standartlarla yanaşı, separatizm barədə susmaq cəhdi də var.

“Reinteqrasiya prosesindən danışarkən qeyd etmək lazımdır ki, Qarabağın erməni sakinlərinin təkcə hüquqları deyil, həm də vəzifələri var. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün qalan insanlar Azərbaycan Respublikasının Konstitusiya müddəalarına əməl etməli, bütün bayramlara, o cümlədən 8 Noyabra hörmətlə yanaşmalıdırlar…”, – deyə o, izah edib.

Bununla yanaşı, Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova İlqar Vəlizadə ilə “3+3” formatı, BMT-nin Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki missiyası və ikitərəfli münasibətlərin həlli üçün köhnə formatlar barədə danışıb.

Daha ətraflı videomüsahibədə:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir