İstanbulda Türkiyənin məşhur tenoru Murat Karahanın konserti baş tutub.
Harbiye Cemil Topuzlu Açıkhava Teatrında keçirilən tədbirə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşı ilə birlikdə qatılıb.
Konsert zamanı müğənni “Sənə də qalmaz”, “Nazəndə sevgilim, yadıma düşdün” kimi Azərbaycan mahnılarını ifa edib. Bu zaman Karahanla birlikdə zalda əyləşənlər, o cümlədən, Ə.İmamoğlunun xanımı da mahnıları birlikdə oxuyublar.