• Ç. Noy 27th, 2024

İndi qurban olduğum onları niyə yaradıb?..

ByYenigun.news

Noy 11, 2022

Kubra Məhərrəmova yazır…

Bəzən elə adamları görürsən, düşünürsən ki, görəsən, Allah bunu yaradıb, sonra niyə hesab sormayıb?

Yoxsa hesab sorub, görüb ki, bir şey alınmır, başını buraxıb? 

Belə çox fəlsəfi fikirlərlə, dünyanın gəlmişini-keçmişini təhlil edərkən anladım ki, bu dünyada “brak” (zay) mal da olur. Onun da hesabını heç kim aparmır. 

İndi qurban olduğum onları niyə yaradıb, bilmirəm. 

Özü də düz bizim burnumuzun dibində yaradıb. Görəsən, olmazdı ki, ikicə min kilometr o yana atardı? Ya da uzaq Afrika qitəsinə, yamyamlara qonşu edərdi… Yəqin bizim babalarımızın Allah yanında elə bir səhvi olub ki, o da əvəzində bu zay malını bizə qismət eləyib.

Əslində türklərin, türkçülüyün öz tanrısı, totemləri, şamanı, inamı olub. Detallara girmədən demək istərdim ki, bu çoxallahlılıq mədəniyyəti, xeyirlə şərin mübarizə fəlsəfəsi, özlüyündə bir daha sübut edir ki, hələ uzun əsrlər əvvəl, təkallahlılıq, kilsə, məscid, şam yandırmaq, zəng çalmaq, rahiblər, mollalar olmamışdan əvvəl türklə, türk tayfaları insan ruhunun daha üst səviyyəsində axtarışına çıxıblar. Həqiqəti axtarmağa, onu dərk etməyə cəhd ediblər. 

Boz qurd totemi, Göy Tanrısı, Tenqri (əski türk dilində tanrı anlamını verir – red.) və s. türk tayfalarının dünyanı, həyatı, ölüm-qalımı başqa səviyyədə dərk etməsindən xəbər verir. 

Əslində oxucunu qədim tarixi faktlarla yormaq fikrim yoxdur, sadəcə bir daha yadınıza salıram ki, hər bir millətin kökü, onun gələcəyini də təmin edir. Kök nə qədər dərindirsə, davamı da bir o qədər möhkəm olacaq.

Təbii ki, müxtəlif tarixi hadisələr fonunda, əsrlər sonra biz də müsəlman dininə tapındıq. Tapınmaq da əski türk sözüdür, gözəl səslənir. Bu gün biz azərbaycanlı üçün məscid, Allahın evi, səcdəyə getdiyi məkan, müsəlman qardaşlarıyla cümə namazının birgə qılındığı müqəddəs yer sayılır. Yadınızda olar yəqin, işğaldan azad olunan ərazilərə səfər edən ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk növbədə erməni vandallığından, erməni vəhşiliyindən sağ çıxmış məscidlərimizi ziyarət edib, orada şəhidərimizin ruhu üçün dualar etdi və ölkə başçısına müsəlmanların müqəddəs kitabı olan Quran hədiyyə olundu. Qalib ordunun, müzəffər sərkərdəsi hər dəfə bu addımı ataraq bütün dünyaya bir daha mesaj göndərdi ki, biz quran, bərpa edən, ucaldan xalqıq. Bizim erməniylə əsl fərqimiz də budur. 

Ölkə başçısı bütün beynəlxalq kürsülərdən səslənərək, diplomatik görüşlərdə isə qətiyyətli və əmin səsiylə Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin məscidləri donuzxanaya, tövləyə çevirməsi barədə, bununla da bizim və müsəlmanların heysiyyəti üzərində istehza etdiklərini diqqətə çatdırdı. Təbii ki, bu, dünya və qərb üçün o qədər də maraqlı deyil. Ona görə ki, biz türkük, eyni zamanda isə müsəlmanıq. 

Amma bir anlıq təsəvvür edəndə ki, Parisdə, ya da Romada hansısa kilsə tövləyə çevrilib, görəsən Qərb buna nə reaksiya verərdi? Sual ritorikdir. 

Erməni mediası isə iddia edir ki, onlar heç bir məscidi dağıtmayıb, orada donuz saxlamayıb və daha da irəli gedərək bildirirlər ki, bütün bunlar Azərbaycan tərəfinin “qurduğu” kadrlardır. 

Yəni həyasızlığın ən üst səviyyəsi nədirsə, qurban olduğum verib onlara. 

Bu azmış kimi, istər hərbi sahədə, istər diplomatik sahədə məğlub olan rəsmi İrəvan və onun rəsmi KİV-ləri yeni hücum taktikasına başlayıb. Belə ki, Azərbaycan Prezidentini təhqir etmək, onu hansısa kollajlarda yerləşdirmək, haqqında təhqiramiz sözlər yazmağı özlərinə borc bilirlər.

Özlərinə hər zaman “dünya sivilizasiyasının beşiyi” deyən, dünya ixtiralarının baniləri sayan, ən qədim xristian sivilizasiyasının banisi olan ermənilər nədirsə kübarlıqdan əsər-əlamətləri yoxdur. Necə olur ki, bu qədər yüksək materiyalar haqqında gücə-gündüz dünya alimlərinin başını aparan erməni xalqının yeganə silahı təhqir və söyüş olur? Bu an səhnəyə əsl erməni qaraçılığı çıxır. Səviyyəsiz Xoren, ya da Haykanuş. Ağzından təhqir tökülən erməni kanalları, saytları və s. 

Və sual olunur, budur yüksək intellekt və mədəniyyətə sahib olan ermənilər? 

Bir-birinə “Qarabağ eşşəyi” deyən erməni xalqından təbii ki, yaxşı bir şey gözləmirik, axı bunlar iddia edir ki, “ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, çünki türklər vəhşidir!”

Açığı müharibə bitəndən iki il sonra biz dayanmadan yol çəkir, tikinti-bərpa işləri aparır, işğaldan azad etdiyimiz ərazilərimizdə öz işığımızı, öz qazımızı yandırır, yenidən kök salıb mədəniyyət qururuq. Tarixi abidələrimizi yenidən bərpa edir, soyumuza, kökümüzə, el-obamıza qayıdırıq 30 illik işğaldan sonra. 

Hər il də 8 noyabr Zəfər günündə Şuşada atəşfəşanlıq keçirir, Xankəndidə olan vətəndaşlarımıza Qələbənin nə olduğunu göstəririk. Mütəmadi olaraq Şuşada mədəniyyət tədbirləri keçirərək Xankəndidə olan vətəndaşlarımızı klassik Azərbaycan muğamı, Azərbaycan musiqisi ilə tanış edir, onları mədəni həyata qaytarırıq. Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsertlər keçirərək erməni əsilli vətəndaşlarımızda gözəl musiqi zövqünün formalaşmasına kömək edirik. 

Amma İrəvandakı ermənilər Xankəndidə olan ermənilərə “Qarabağ eşşəyi” deyir. Bu da bizim fərq. Biz heç kimə “Qarabağ eşşəyi” demirik. 

Biz ölkə başçısı İlham Əliyevin siyasətinə, siyasi kursuna dəstək olaraq Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin, ədəbiyyatının, folklorunun ölkənin bütün ərazilərində təbliğinə çalışırıq. Həmçinin Ali Baş Komandanın əmrinə tabe olaraq Azərbaycanın suveren sərhədlərini tanımayan heç kimə güzəştə getmirik. Nə masada, nə də sahədə. 

Bütün sahələrdə qalib olan, Azərbaycanın Prezidenti İlham Əliyevin adını ən pis şəkildə, ən təhqiredici halda çəkən erməni media resurslarının hikkədən və əsəbdən başı çatlayır. Əlində “karvalol”, baxır öz Paşikinə, öz Annasına, öz Ararat Mirzoyanına, bir də baxır əks tərəfə…

İlham Əliyevin hansısa beynəlxalq tədbirə, görüşə getməsindən asılı olmayaraq, istər türk xalqları ölkələrində, istər Şərq ölkələrində, istərsə də Qərbdə böyük hörmət və ehtiramla qarşılanır. Bu onun sanballı, yüksək peşəkar siyasətçi, diplomat, sözünün yiyəsi olmasından irəli gəlir. Ölkə liderləri anlaşmanı onunla əldə etmək istəyirlər. Çünki İlham Əliyev imza atdısa, bitdi. Qədim türk xaqanları kimi, verilən vədə yiyə durmağı bacaran lider. Bu da gen, bu da qan, bu da tarix.

Paşikdən və onun komandasından nə tələb oluna bilər axı? İçib “Cıdır düzündə” eşşək kimi ağnamaq, arvadı Annanın bir dəstə Haykanuşla taxta avtomatla Qarabağda hərbi təlim keçməsi, Annanın sevgi sərgüzəştləri barədə erməni saytlarının yazması, bir də parlamentdə bir-birlərini söymələri. Stulları bir-birinin başına atmaları, əlbəyaxa olmaları.  Kilsələrdən Paşinyanın keşiş tərəfindən qovulması, İrəvanda yerləşən hərbi bostion “Yerablurda” Paşinyan və ölmüş erməni əsgərlərinin anaları arasında yaşanan qarşıdurma, qadınların polis tərəfindən qəbiristanlıqda yerlə sürüdülməsi, müharibənin bitməsindən iki il keçməsinə baxmayaraq hələ də yüzlərlə erməni hərbçisinin itkin düşməsi heç kimin yadından çıxmayıb. Paşinyanın “soyuducuları”nda hələ də iki il əvvəlki dondurulmuş erməni əsgərlərini meyiti saxlanılır. Arada bayram-seyran olanda çıxarır “bazara”…

Boğaza qədər üfunətin içində olanlar isə bizə əl uzadır, bizi təhqir edir, bizi öz səviyyəsinə salmaq istəyir, təxribat yaradır. 

Belə də ki, bu an üçün bütün yüksəkliklər Azərbaycan əsgərini ayağının altındadır. Bala Göyçədə oturub, Böyük Göyçəyə baxırıq. 

Aşağıda it də hürsə, küçük də hürsə, bizim üçün fərq eləmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir