Böyük Britaniyanın Azərbaycandakı və Türkiyədəki diplomatları iki qardaş ölkənin dili arasında müqayisə aparıblar.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı maraqlı anları Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld özünün “Twitter” hesabında paylaşıb.
Kadrlarda o və İngiltərənin İstanbuldakı baş konsulu Kənan Poleonun bir-birlərindən türk və Azərbaycan dilində səslənməsi eyni olan sözləri soruşmaları əks olunub. Videoda “salam”, “subay”, “nəfər”, “don”, “para”, “pişik” sözlərinin iki ölkədə fərqli başa düşülməsinin hər iki diplomatı nə qədər təəccübləndirdiyi görünür.
Bilirəm ki, türk və azərbaycan dilləri çox oxşardır. Lakin, eyni zamanda bu qədər fərqli olduğunu bilmirdim.@kenanpoleo sən bu qədər fərqli olduğunu heç bilirdin? pic.twitter.com/quoAMuNGQx
— FergusAuldFCDO (@FergusAuldFCDO) December 14, 2022