• Be. Noy 25th, 2024

İran Bakıda keçirilən konfransda yekun sənədin gender bərabərliyi ilə bağlı bəndinə etiraz edib

ByYenigun.news

İyn 29, 2023


İran Bakıda keçirilən MİNEPS konfransının yekun sənədində idmanda qadınların, LGBT üzvlərinin bərabər təmsilçiliyi, gender bərabərliyi ilə bağlı bəndə etiraz edib.

APA xəbər verir ki, bu barədə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos MINEPS 2023 beynəlxalq konfransının yekununa dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yekun sənəd konsensusla qəbul olunub.

“Lakin digər ölkələr kimi İran da müəyyən bəndlərlə bağlı düzəliş təklif edib”, – o bildirib.

Xanım Ramos əlavə edib ki, İran bu sənədə qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir