Azərbaycan-İsrail münasibətlərinin inkişafı istiqamətində baş verən istənilən hadisə qonşu İran İslam Respublikasının qətiyyən normal sayıla bilməyəcək narahatlıq və əsəbiliyinə səbəb olmaqla yanaşı, bu ölkənin mediasında da anti-Azərbaycan təbliğatın növbəti dalğasına təkan verir.
Bu dəfə də belə oldu: mayın son günlərində İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başlar-başlamaz İran mətbuatında bununla bağlı isterik hay-küy qaldırılıb, səfərin İran üçün doğurduğu təhdidlərdən söz açılıb.
İsrail prezidentinin Azərbaycan-İsrail münasibətlərinin strateji tərəfdaşlıq səciyyəsi daşıdığını bəyan etməsi, İlham Əliyevi İsrailin həqiqi dostu adlandırması İranda ciddi qıcıq doğurub, xəbər və təhlillərin başlığına çıxarılıb.
Rəsmi dairələrə bağlı portalda sözügedən səfərlə əlaqədar “Bakı dostdur, ya düşmən?” başlığı ilə təhlil dərc olunub.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: