• Ca. Okt 31st, 2024

“İran məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır”

ByYenigun.news

Yan 27, 2023

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə məlumat verib.

Lakin APA-nın diplomatik kanallardan əldə etdiyi məlumata görə, Tehranın polis rəisinin dedikləri tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.

İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır.

Qeyd edək ki, bu gün səhər saatlarında “Kalaşnikov” avtomatı ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə hücum edib. Səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülüb, daha iki əməkdaş yaralanıb.

Hücum edən şəxs tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir