• Ç. Noy 27th, 2024

İran mediasından Şuşada keçiriləcək qurultaya qarşı təxribat – FOTO

ByYenigun.news

Apr 19, 2022

İran mediası Zəfər Qurultayına qarşı təxribat xarakterli materiallar yayır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bildirilib ki, İranın SEPAH və kəşfiyyat nazirliyi – ETTELAAT nazirliyinə yaxın media qurumları yaxın günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir və qurultayı pantürkistlərin anti-İran toplantısı adlandırırlar.

“Dəfələrlə bildirilmişdi ki, Əliyev Qarabağı nəzarətə götürsə, bizim sərhədlərimiz anti-İran və separatçıların fəaliyyət mərkəzinə çevriləcək. Qarabağda keçirilməsi nəzərdə tutulan qurultay öz-özlüyündə anti-İran hərəkətidir və burada pantürkist qrupların toplaşması İrana qarşı müharibə elan etməkdir. Qurultayda İsrail casusları və MİT-in məmurları başqa adlar altında iştirak edəcəklər”, – deyə ETTELAAT-a yaxın “Azəriha” saytının “Telegram” kanalı yazıb.

Bununla yanaşı, İranın bir sıra sosial media qruplarında qurultayın keçirilməsi ilə bağlı mənfi yazılar dərc edilib və bunun İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir