• Ç. Noy 27th, 2024

İran səfiri: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti gözləntiləri üstələyib”

ByYenigun.news

İyn 24, 2023


“Mən bu ərazilərə birinci dəfə deyil ki, səfər edirəm. Deyə bilərəm ki, burada böyük layihələr həyata keçirilir, əhəmiyyətli investisiyalar qoyulur – bu işlərin icra edilməsinin sürəti bütün gözləntiləri üstələyib”.

“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi Laçın və Zəngilana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, ölkəsi ilə həmsərhəd işğaldan azad edilmiş ərazilərdən olan məcburi köçkünlərin ən qısa zamanda doğma yurdlarına qayıda biləcəklərinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, bu yerlər əvvəlki gözəlliyinə qaytarılacaq və keçmiş məcburi köçkünlər torpaqlarına qayıdacaqlar”.

Səfir bu ərazilərin İranla həmsərhəd olduğunu qeyd edib və bu istiqamətdə sərhəddən hərəkətin bərpa olunacağına ümid etdiyini bildirib: “Gələcəkdə bu torpaqlar daha da inkişaf etdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir