“İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun əraziyə kiminlə gəlib-gəlməməsindən asılı olmayaraq, o, terror törədib”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə keçirdiyi brifinqdə deyib.
“Ümumiyyətlə, terror hücumunun təfərrüatı barədə İran Azərbaycana məlumat vermir”, – deyə o əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov – hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Aqşin Kərimov