• Ç. Okt 30th, 2024

İranda aksiyalar səngimir: “Xameneiyə ölüm!”, “Qələbə bizimlədir!”, “Azadlıq!” – İCMAL + FOTO

ByYenigun.news

Dek 16, 2022

İranda əhalinin etiraz aksiyaları səngimir.

“Report” xəbər verir ki, ölkənin Yəzd, Sənəndəc, Təbriz, Həmədan, Tehran və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib.

Etirazlarda “Biz yarandıq külümüzdən, meşə yaranacaq bizdən”, “Edama yox”, “Bu torpaqdan qan iyi gəlir”, “Xameiyə ölüm!”, “Qələbə bizimlədir! “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.

Etirazçılar ETTELAAT Nazirliyinin nəzarət-müşahidə kameralarını yandıraraq məhv ediblər.

Sosial şəbəkələrdə “Bank hesabından pul çıxart, Xamenei təriqətinin iqtisadi arteriyasını kəs” kampaniyasına start verilib. Kampaniyaya qoşulanlar banklara qoyduğu “müddətli əmanətlərini” çıxarmağa başlayıblar. Onlar iddia edilər ki, çoxlu sayda müştərinin eyni vaxtda əmanət tələb etməsi bank sistemini çox ciddi problem və kredit çatışmazlığı ilə qarşı-qarşıya qoyacaq.

Tehran əyalətinin Pakdəşt şəhərində azadlıqsevərlər hökumət mollasının əmmaməsini başından vurub salıblar.

Həfthouz meydanı yaxınlığında hökumətin etirazçıları edam etməsinə qarşı aksiya keçirilib. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər: “İslam hökumətinə, diktatora və zalım rejimə ölüm olsun!” “And olsun dostlarımızın qanına, sona qədər mübarizə aparacağıq!

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində Məhkəmə-Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati dekabrın 13-də 5 nəfərin “İsrailə casusluq” ittihamı ilə mühakimə olunduqlarını bildirib.

Fars əyalətinin Yəzd şəhərində ETTELAAT Nazirliyinin nəzarət kamerası etirazçılar tərəfindən yandırılıb. Bələdiyyə və onun bölgələrində və tabeliyindəki təşkilatların işçiləri bələdiyyə sədri və Şəhər Şurası tərəfindən işçilərin maaş və müavinətlərinin səbəbindən kollektiv tətil keçirirlər.

Mazandaran əyalətində azadlıq yolunda verilən qurbanların qisasını almaq üçün Xameneinin nümayəndəsinin Babolsər şəhərindəki ofisi etirazçılar tərəfindən yandırılıb.

Sosial şəbəkələrdə hökumətin həbs olunmuş etirazçıları “Domino süd məhsulları” şirkətinin yük maşınları ilə ucqar bölgələrə daşığını əks etdirən videogörüntülər yayılıb.

Qeyd edək ki, “Domino” şirkətinin SRPAH-ın tam nəzarəti altında olan şirkətlərdən olduğu deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir