• Ça. Dek 23rd, 2025

İranda Azərbaycan bayrağını dalğalandıran güneyli futbol azarkeşləri saxlanılıblar – FOTO

Byadmin

Apr 8, 2024

Təbrizdə “Traktor Azərbaycan” və “Sepahan” komandaları arasında keçirilən futbol yarışında iki azarkeş Azərbaycan Respublikasının bayrağını qaldırdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Tutulan şəxslərin kimliyi, harada olması və onlara qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.