İranda yaşayan azərbaycanlılara qarşı şah rejiminin assimilyasiya siyasətini davam etdirən İran bu yolla onlar arasında milli kimlik şüurunun güclənməsinə, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə mane olmağa çalışır.
Bu səbəbdəndir ki, İranda yaşayan bir ovuc erməninin öz dilində oxumasına şərait yaradılsa da, ölkə əhalisinin azı yarısını təşkil edən azərbaycanlıların ana dilində təhsil almaq istəyinin önünə sədd çəkilir.
ADA Universitetindəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məsələyə toxunub. “İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu bizi narahat edir”, – deyə Prezident İlham Əliyev bildirib.
Maraqlıdır ki, İranda yaşayan bir erməni alimin araşdırması bu fikirləri konkret faktlarla təsdiqləyir.
Daha ətraflı “Azad İran”ın “YouTube” kanalının hazırladığı süjetdə: