• Ç. Noy 27th, 2024

İranın Azərbaycandakı səfirliyi: “SEPAH adından yayılan video təxribatdır”

ByYenigun.news

Apr 11, 2022

“Yayılan videonu gördük. Biz bu məsələni araşdırdıq. SEPAH-ın rəsmi saytında belə bir şeyi görə bilməzsiniz”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin sözçüsü Əli Musəvi deyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təbliğat xarakterli sonuncu videosunda təbliğatdan daha çox, təxribat mesajları öz əksini tapıb.

Videoda Azərbaycan və Türkiyəyə qarşı təhdid dolu aqressiya, Ermənistana isə dəstək yüklü açıq mesaj xarakteri daşıyan məqamlar yer alıb.

Əli Musəvi SEPAH-ın Azərbaycandakı attaşesi kimi fəaliyyət göstərən hərbçinin də yayılan görüntülərin rəsmi mövqe olmadığını qeyd edib.

“Bizim buradakı hərbi attaşemiz SEPAH-dandır. Ondan soruşduq, o da baxdı, SEPAH-ın belə bir saytı (“Twitter” hesabı) yoxdur. Bizim Azərbaycanla münasibətlərimiz yaxşıdır və yaxşıya doğru da gedir. Amma ki, hər zaman belə şeylər çıxır, təəssüf”, – deyə Ə.Musəvi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir