“İranın Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı müraciət almamışıq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycan özü İran səfirliyinin bağlanması ilə bağlı qarşı tərəfə müraciət etməyib.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.
Bundan sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib.
Aqşin Kərimov