• Ç. Sen 24th, 2025

İranın Azərbaycanla sərhəddə hərbi qüvvələr toplaması barədə xəbərlər həqiqəti əks etdirmir

ByYenigun.news

Sen 10, 2023


Son zamanlar bəzi “Telegram” kanallarında İranın Azərbaycanla sərhəddə hərbi qüvvələrini toplaması barədə xəbərlər yayılıb.

“Report”un əldə etdiyi məlumata görə, bu, heç də həqiqəti əks etdirmir.

“Belə bir hal baş vermir. Bununla yanaşı, hazırda İranın yüksək səviyyəli hərbi nümayəndə heyəti Bakıda danışıqlar aparır. Onlar tərəfindən də bu məlumat təsdiqlənməyib”, – mənbə bildirib.